Waves Maltada yeni kriptovalyuta birjasını işə salacaq

  • November 22, 2018
  • News

Waves komandası Maltada Tokenomica adlı kriptovalyuta birjasının işə salınması haqqında məlumat yayıb.

Yeni platformada həm rəqəmsal aktivlər, həm də fiat valyutalar ilə ticartət etmək mümkün olacaq. Tokenomica Maltanın Virtual maliyyə aktivləri haqqında qanunu (The Virtual Financial Assets Act, VFAA) əsasında fəaliyyət göstərəcək.

Yeni platformanın əsas üstünlüyü aktivlərin saxlanılmasında yüksək təhlükəsizlik və qanunla idarəolunan mühitin olmasıdır.

Waves xüsusilə qeyd edir ki, birjada yer almaq istəyən kriptoaktivlər Tokenomica-da yerləşdirilmədən öncə, virtual aktivlər ciddi yoxlamadan keçirilərək, emitent şirkətlərin texniki, marketing və biznes kriteriyalarına görə analizləri aparılacaq.

«Bizim Virtual maliyyə aktivlərinin birjası – Tokenomica maliyyə platformasının gələcək qlobal infrastrukturunun ilk elementini təşkil edəcək. Platformanın köməyi ilə layihələr qanunvericiliyə, KYC və AML tələblərinə uyğun olan tokenləşdirilmiş hissə sənədləri, səhmlər və digər maliyyə alətlərini buraxaraq, istifadəyə verə biləcəklər.», – deyə Waves təsisçisi və baş direktoru Aleksandr İvanov bildirmişdir.

Tokenomica-nın idarəedilməsinə görə şirkətin baş direktoru Artyom Tolkaçyov məsuliyyət daşıyacaq. O həmçinin Tokenizasiya Standartlarının Assosiasiyasının (İsveçrə) idarə heyətinin üzvüdür. 2016-cı ildə Deloitte Blockchain Lab-ın təsisçisi və MDB üzrə direktoru olmuşdur. Bu fəaliyyəti çərçivəsində Tolkaçyov bir neçə böyük korporativ müştərilər üçün blockchain texnologiyalarının tətbiqi üzrə layihələr, real aktivlərin tokenləşdirilməsi, İCO-ların dəstəyi, həmçinin kriptovalyuta və blockchain sahəsində qanunvericiliyin işlənilməsində rolu olmuşdur. Qeyd edək ki, Artyom Tolkaçyov 7 dekabr 2018-ci ildə tarixində, Bakıda keçiriləcək ilk Blockchain Conference Azerbaijan-da çıxış edəcək.

Hal-hazırda Tokenomica kriptovalyuta emitentləri və treyderlərdən platformada yer alacaq coin-lər haqqında təklifləri toplayır. Birjada əməliyyatların başlanılması 2019-cu ilin ikinci rübündə başlanılması gözlənilir.

Waves Blockchain platforması Maltada maliyyə aktivlərinin tokenləşdirilməsi üzrə hökümət ilə danışıqlara cari ilin sentyabr ayında başlamışdırlar.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

X